Ana Sayfa > Gündəm / Karusel > MM komitə sədri: “Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”

MM komitə sədri: “Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”


21-09-2022, 11:38. Yazar: Admin

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri

 

“Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı artıq hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi hökumətin müvafiq strukturları ilə razılaşdıraraq bu barədə parlamentə məlumat verib: “Parlament və Prezident Adminstrasiyasının əməkdaşlığı çərçivəsində bu sənəd üzərində son tamamlama işləri gedir. Mən də bunu sənədi parlamentin sədri Sahibə Qafarovaya təqdim etmişəm”.


Geri dön