Ana Sayfa > Gündəm / Karusel > KTMT-nin baş katibi Armen Qriqoryanla görüşdü

KTMT-nin baş katibi Armen Qriqoryanla görüşdü


21-09-2022, 11:07. Yazar: Admin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.


Qarabaginfo.az xəbər verir ki, məlumatı KTMT-nin mətbuat xidməti yayıb.
 

“Missiya İrəvanda işə başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir”.
 

Nümayəndə heyəti Ermənistana, o cümlədən Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün gəlib. Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistan Respublikasının ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.


Geri dön