Ana Sayfa > Gündəm / Karusel > İranda qadınların aksiyasına kişilər də qoşulub
İranda qadınların aksiyasına kişilər də qoşulub21-09-2022, 10:28. Yazar: Admin |
İranda hökumət əleyhinə qadınların kütləvi etirazlar davam edir.
Qarabaginfo.az xəbər verir ki, aksiyalar artıq bütün ölkəni əhatə edir.
Belə ki, Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərdə qadınlar baş örtüklərini yandırıb. Eyni zamanda qadınlarla birlikdə kişilər də etiraz edərək, hakimiyyət orqanlarına qarşı çıxıblar.
Məlumata görə, polis aksiyaçılara qarşı zor tətbiq etsə də, aksiyanı dağıtmaq mümkün olmayıb. Kişavərz, Vəli Əsr, Kərim xan Zənd küçələrinə toplaşan sakinlər hökumət binalarına tərəf hərəkət ediblər. Polis yürüşün qarşısını almağa çalışsa da bunu bacarmayıb.
Xatırladaq ki, sentyabrın 16-da 22 yaşlı Məsihə Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda kütləvi etirazlara səbəb olub.
Artıq bir neçə gündür ki, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar davam edir. Rəşt şəhərindəki aksiyada 22 nəfər həbs olunub. Digər şəhərlərdə də çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada xəsarət alanların olduğu barədə məlumatlar var. Geri dön |