Ana Sayfa > Gündəm / Karusel > Ermənilər indi də Rusiyaya dəstək aksiyası keçirir

Ermənilər indi də Rusiyaya dəstək aksiyası keçirir


20-09-2022, 14:27. Yazar: Admin

Rusiyanın Ermənistandakı səfirliyinin yaxınlığında aksiya keçirilir. Aksiyanın təşkilində məqsəd Rusiyaya dəstək nümayiş etdirməkdir. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

"Son zamanlar Ermənistan-Rusiya münasibətlərinə şübhə yarada biləcək hadisələr baş verir. Biz buna imkan vermək istəmirik. Biz Rusiyanı dəstəkləyirik",- aksiya iştirakçıları bildiriblər.

 

Qeyd edək ki, ötən həftənin sonlarında ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı İrəvanda Rusiya əleyhinə etiraz aksiyaları keçirilmişdi. Ermənilər Rusiya lideri Vladimir Putinin şəkillərini cıraraq, onun ünvanına təhqiramiz fikirlər səsləndirmişdilər.


Geri dön