Ana Sayfa > Gündəm / Karusel > Vilyam Hacıyevin arvadı və oğlu əmlakını geri istəyir

Vilyam Hacıyevin arvadı və oğlu əmlakını geri istəyir


20-09-2022, 14:26. Yazar: Admin

İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 

Qarabaginfo.az-ın məlumatına görə, həmin şəxslər adlarına rəsmiləşdirilmiş əmlakların Vilyam Hacıyevin əmlakı kimi müsadirə olunmasından narazıdır.

 

Cülyetta Hacıyeva şikayətində 5 milyon 218 000 manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyib.

 

İşi Bakı Apellyasiya Məhkəməsində icraya götürülüb. Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

 

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

 

Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən sabiq icra başçısına məxsus 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub.

 


Geri dön