Ana Sayfa > Gündəm > "Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan AÇIQLAMA

"Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan AÇIQLAMA


19-09-2017, 17:09. Yazar: Admin

"Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan AÇIQLAMA
"Turan" İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Qarabağinfo.az xəbər verir ki,bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir:

Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.

"Turan" İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

*****

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Qarabağinfo.az report-a istinadən xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb.
Belə ki, bununla bağlı agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. Məktubda deyilib ki, agentliyin 27 min 253 manat və daha 9 294 manat faizlik borcu var.

Qeyd edək ki, bundan əvvəl nazirliyin həmin departamentindən agentliyə "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması barədə məktub daxil olub.
Geri dön