Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” CAR mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.
Cənubi afrikalı alimlər tərəfindən aparılan araşdırma zamanı məluma olub ki, yeni C.1.2 ştammının həyəcanverici sayda mutasiyaları meydana gəlib: Bu mutasiyalar virusa sürətlə yayılma qabiliyyəti verir və antitellərə qarşı müqaviməti artırır. Hazırkı COVID-19 peyvəndlərinin C.1.2 əleyhinə təsirli olub-olmadığı bilinmir”.
Qeyd edək ki, C.1.2 ştammı ilk dəfə may ayında Cənubi Afrikanın Mpumalanqa və Qautenq əyalətlərində aşkar edilib. Avqustun 13-dək CAR-ın doqquz əyalətinin altısında qeydə alınıb və Konqo Demokratik Respublikası, Portuqaliya, Yeni Zelandiya, İsveçrə, habelə Mavrikiyə də nüfuz edib. Sözügedən ştamm 2020-ci ilin ortalarında Cənubi Afrikada dominant olan C.1-dən mutasiya edib.
Xatırladaq ki, CAR-da pandemiya başlayandan 2.76 milyondan çox koronavirusa yoluxma, qeydə alınıb. Təxminən 81.5 min nəfər isə koronavirusun qurbanı olub.(Apa)