Ana Sayfa > Gündəm > Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”
Damladan Mirəliyevə cavab - “Maskalanıb efirdə oturmuram…”21-09-2017, 15:59. Yazar: Admin |
Qarabağinfo.az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Damla deyib. İfaçı "Səhər-səhər" verilişində Əli Mirəliyevin canlı yayımda ona tutduğu irada münasibət bildirib: "Fikir verdinizsə, proqram bitənə kimi ayağımı ayağımın üstünə aşırmadım. İradı normal qəbul edirəm. Aparıcılar mənə efirdə sataşmırlar. Sadə və səmimi olduğum üçün aparıcıya da eyni şəraiti yaradıram ki, mənlə səmimi danışsın. Çıxdığımız hər efir hay-küylü olur. Çünki efirdə özümüz oluruq, maskalanıb oturmuruq. Həyatda necəyəmsə, efirdə də eləyəm. Heç də bunlar mənə pis gəlmir. Efirdə özümü rahat hiss edirəm". Geri dön |