Ana Sayfa > Gündəm > Bu çağırışçılara hərbi xidmətdən möhlət veriləcək

Bu çağırışçılara hərbi xidmətdən möhlət veriləcək


1-02-2021, 16:58. Yazar: Admin

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, dəyişikliklə doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 


Geri dön