Ana Sayfa > Gündəm > Ərzaq malları bahalaşır, yumurta da QITLAŞIR...
Ərzaq malları bahalaşır, yumurta da QITLAŞIR...29-01-2021, 10:31. Yazar: Admin |
Rəsmilər benzin və dizelin bahalaşmasının hər nə qədər ərzaq qiymətlərinə təsir etməyəcəyini bəyan etsələr də, yanvar ayının 15-dən sonra mağaza və marketlərdə ərzaq mallarının qiymətləri sürətlə qaldırılır. Bəzi məhsullar 2-3 qəpik deyil, 1-2 manat həcmində bahalaşıb. Hətta ölkəmizdə istehsal edilən yumurta belə, bu bahalaşma fonunda qıtlaşmağa başlayıb.
Qarabaginfo.az xəbər verir ki, Modern.az-ın əməkdaşı yanavrın 28-də Bakıdakı supermarketlərin birində yumurtanın limitlə satıldığının şahidi olub.
Amma Respublikası Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a açıqlamasında deyib ki, yumurta istehsalında azalma yoxdur:
Yumurta qiymətlərinə gəldikdə, sədr deyib ki, ölçüsündən asılı olaraq, qiymətlər dəyişir:
“Yumurtaya müəssisədə çeşidlənərkən müxtəlif xüsusiyyətlərinə - iriliyinə, xırdalığına və s. görə fərqli qiymətlər qoyulsa da, satış mərkəzlərində bütün çeşiddə olan yumurtalar qarışdırılaraq eyni qiymətə satılır. Tutaq ki, satışa üç-dörd çeşiddə yumurta verilir. Marketlər yumurtanı müəssisədən fərqli qiymətə alır, amma qarışdırıb hamısını çeşidinə görə daha bahalı olan yumurtanın qiymətinə satır. Mağaza 10 qəpiyə aldığı yumurtanı, 12-13 qəpiyə aldığı yumurtanın qiymətinə satır. Buna isə biz cavabdeh deyilik”.
Cəmiyyət sədri vurğulayılb ki, hazırda quşçuluq müəssisələrində yumurtanın satış qiymətləri çeşidinə görə 12-13-14 qəpik arasında dəyişir. Quş əti isə 2.80, 3 manat 30 qəpik və s. qiymətlərdə satılır.
Geri dön |