Ana Sayfa > Gündəm / Təhsil > Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək

Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək


22-01-2021, 14:27. Yazar: Admin

2020-2021-ci tədris ilinin birinci yarım illik qiymətlərindən narazı qalan şagirdlər qiymətlərinin yaxşılaşdırılması üçün yenidən qiymətləndirmədən keçə bilərlər.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı apelyasiya komissiyası fəaliyyət göstərəcək.

 

V.Yaqubova əlavə edib ki, belə şagirdlər fevralda əyani şəkildə qiymətləndirmədən keçə biləcəklər.


Geri dön