Ana Sayfa > Gündəm > Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı


20-01-2021, 12:32. Yazar: Admin

 

Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Yanvarın 21-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Geri dön