Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və qış ərəfəsində Ukraynaya yeni yardım paketini açıqlayıb.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kleverli rusların Ukraynanın mülki infrastrukturunu, xəstəxanalarını və enerji sistemini atəşə tutması praktikasını kəskin şəkildə pisləyib.
Ukraynaya verilən yeni yardım paketinin təfərrüatları hələlik qeyud olunmur. Lakin onun milyonlarla funt sterlinq olduğu bildirilir.
O, əmin edib ki, ruslar amansız raket hücumları və partlayışlarla ukraynalıların iradəsini qıra bilməyəcəklər.