Ana Sayfa > Dünya > Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar var

Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar var


22-10-2022, 12:40. Yazar: Admin
Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış - Yaralılar var

Özbəkistanın Müdafiə Nazirliyinə məxsus hərbi anbarda güclü partlayış olub.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə Sırdərya vilayətində baş verib.

 

Məlumata görə, partlayış nəticəsində azı 16 nəfər xəsarət alıb. Yaralılardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib.

 

Partlayışın ilkin səbəbi hələlik açıqlanmayıb.


Geri dön