Ana Sayfa > Dünya > Rusiya Krım körpüsündəki partlayışı kimin təşkil etdiyini açıqladı

Rusiya Krım körpüsündəki partlayışı kimin təşkil etdiyini açıqladı


12-10-2022, 11:02. Yazar: Admin

Rusiya Krım körpüsündəki partlayışı kimin təşkil etdiyini açıqladı

 


"Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur".

Qarabaginfo.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.

Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.


Geri dön