Xersona raket hücumu nəticəsində Xerson vilayəti administrasiyası rəhbərinin birinci müavini Aleksey Kateriniçev həlak olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü Aleksandr Malkeviç özünün teleqram kanalında bildirib.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Xersonun mərkəzində yerləşən “Play Hotel by Ribas” otelinin binasına raket hücumu həyata keçirib və burada iki nəfər həlak olub.
"Bu gecə Ukrayna Silahlı Qüvvələrinin idarə olunan raketinin Xerson şəhərinin mərkəzinə endirdiyi terror zərbəsi nəticəsində Xerson vilayət hərbi administrasiyası rəhbərinin təhlükəsizlik üzrə birinci müavini Aleksey Kateriniçev həlak olub. O, 25 il sərhəd qoşunlarında və FSB bölmələrində xidmət edib, bundan sonra Xüsusi Riskli Xilasetmə Əməliyyatları üzrə Lider Mərkəzinin rəhbərinin birinci müavini işləyib”, - Malkeviç bildirib.