Ana Sayfa > Dünya > Sabah yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi barədə müqavilə imzalanacaq

Sabah yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi barədə müqavilə imzalanacaq


29-09-2022, 15:26. Yazar: Admin

Sabah yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi barədə müqavilə imzalanacaq

Sabah Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək.

Bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, müqavilələr Ukraynanın “referendum” keçirilən 4 vilayəti ilə imzalanacaq.

Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib.


Geri dön