Ana Sayfa > Dünya / Karusel > Putinin nüvə hədəsinə Londondan cavab gəldi

Putinin nüvə hədəsinə Londondan cavab gəldi


21-09-2022, 13:42. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putinin çıxışı narahatlıq doğurur və onun hədələri ciddi qarşılanmalıdır.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Gilian Kiqan deyib.

 

“Aydındır ki, bu ciddi qarşılanmalı bir məsələdir, çünki bilirsiniz, nəzarət bizdə deyil – nəzarətin heç onda olduğuna da əmin deyiləm. Bu açıq-aşkar eskalasiyadır”, - Britaniya rəsmisi Putinin çıxışına cavab olaraq bildirib.

 

Onun sözlərinə görə, Rusiya tərəfindən belə təhdidlər dəfələrlə olub. 

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahlı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.


Geri dön