Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İraqdan Kərkük nefti üçün Türkiyəyə yeni boru xətti
Ana Sayfa > Dünya > İraqdan Kərkük nefti üçün Türkiyəyə yeni boru xətti

İraqdan Kərkük nefti üçün Türkiyəyə yeni boru xətti


27-11-2017, 11:38. Yazar: Admin

 

Bağdad rəhbərliyi Baiji şəhəri yaxınlarından başlayıb Türkiyə ilə sərhəd olan Fiş Habur bölgəsinə qədər uzanacaq yeni boru kəmərinin Kərkük-Ceyhan xəttinin köhnəlmiş vəziyyətdəki qisminin yerini alacağını qeyd edib.

 

 Modern.az xəbər verir ki, Kərkük-Ceyhan boru kəmərinin yer aldığı regionun 2014-ci ildə İŞİD terrorçuları tərəfindən ələ keçirilməsinin ardından İraq bu xətt vasitəsilə neft ixracını dayandırmışdı. Bu region artıq ABŞ-ın dəstəklədiyi Bağdad hökumətinə bağlı təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb.

 

Açıqlamada neft naziri Cabar əl Luabinin yeni neft kəməri layihəsini icra edəcək şirkətlərdən təkliflərin alınması barədə göstəriş verdiyi bildirilir.

 


Geri dön