Ana Sayfa > Cəmiyyət / Karusel > Cənub Bölgəsində Gənclər Üçün Daha Bir Yeni Layihə İcra Olundu

Cənub Bölgəsində Gənclər Üçün Daha Bir Yeni Layihə İcra Olundu


22-09-2022, 14:43. Yazar: Admin

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi 23-25 avqust 2022-ci il tarixlərində Lənkəran şəhərində yerləşən Lənkəran Gənclər Evində (ümumilikdə 16 nəfər qız və 7 nəfər oğlan olmaqla, cəmi 23 nəfər iştirakçı) və 04 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində yerləşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində (ümumilikdə 9 nəfər qız və 11 nəfər oğlan olmaqla, cəmi 20 nəfər iştirakçı) ayrı-ayrılıqda 20 nəfər gənc üçün Avropa Şurasının maliyyə dəstəyi ilə (6455 manat) “Azərbaycanda sosial hüquqların təşviqində gənc işçilərin sosial bacarıqlarının artırılması” mövzusunda 3 (Lənkəran) və 1 (Bakı) günlük təlim kursları təşkil etmişdir.

 

Qarabaginfo.az xəbər verir ki, təlim kurslarında 40 nəfərdən çox gənc (ümumilikdə 25 nəfər qız və 18 nəfər oğlan olmaqla, cəmi 43 nəfər iştirakçı) iştirak etmişdir.

Təşkilatın heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babazadə də iştirak edərək özünün şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışdır.

Təlim kurslarında heyətlə iştirakçılar arasında sosial hüquqlar sahəsində bir çox mövzular müzakirə olunmuşdur.

Təlim kurslarının keçirilməsi zamanı heyət təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, debatlar və enercayzerlər kimi bir çox metodlarından geniş istifadə etmiş, eləcə də, bütün sessiya ərzində mövzularla bağlı müxtəlif sosial çarxlar izlənilmişdir.

Sonda iştirakçılar və təşkilatçılar, eləcə də qonaqlar layihə ilə bağlı öz fikirlərini bildirmiş və donora – Avropa Şurasına gənclər üçün belə bir aktual layihənin reallaşdırılmasını təmin etdiyi üçün minnətdarlıq etmişlər.

Qeyd edək ki, layihənin məqsədi ölkəmizdə sosial hüquqların təşviqində gənclərin mövcud bilik, bacarıq və təcrübələrini daha da inkişaf etdirməkdən ibarət olmuşdur.

 

 











Geri dön