Ana Sayfa > Cəmiyyət > “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik"

“Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik"


12-04-2022, 11:13. Yazar: Admin

“Heydər Əliyev siyasəti: tolerantlıq”  

Könüllərdə taxt quran insan. İnsanlar, xalqlar, millətlər özü-özlüyündə eyni olub müxtəlif hərflərdən ibarət kəlmələr. İnsanın var oluşu, çoxalması, milli kimliyə sahib olması, xalqa çevrilməsi. Biri digərini tələb edən zaman aşımı. Tarixə nəzər saldığımızda hər addım başı, hər daşı, hər qayası min illərə şahidlik edən əsrlərdən xəbər verən, öz-özlüyündə bilinən və bilinməyən tərəfləri ilə insanların, millətlərin bizə qalan mirası. İnsan var sağ ikən ölü olan, ölü ikən diri olan, sağ ikən unudulan, ölü ikən yaşayan, əsrlərdən əsrlərə ötürülən, yaşıyan, yaşadılan. İnsan var özü üçün yaşıyan, insan var başqaları üçün yaşıyan. İnsan var özünü düşünən, insan var başqalarını düşünən. İnsan var başqalarına dərd olan, insan var başqalarının dərdini özünə dərd bilən. İnsan var Vətəni , milləti dəyərləri üçün canından keçən. İnsan var Vətənini ,millətini ,xalqını torpağını satan. Özü qədər müammalıdır insan.

Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsi ehtiramla yad olunur

Tarix çox insanlara şahidlik etmişdir, çox sifətlər görmüşdür. Yaxşı və ya pis “iz” qoyanlar bu dünya pəncərəsindən keçib getmişdirlər. Tarixə iz qoyan, yaşayan, undudulmuyan, başqaları üçün yaşayan, millətin , xalqın mənafeyini öz mənafeyindən üstün tutan, xalqına dayaq olan, gecəsilə-gündüzüylə çalışan, yuxularına girəcək qədər sevən, Millətin dərdini öz dərdi bilən “Vətənin” oğulları isə çox az olur insanlar içində.

Hər uşaq öz ana dilində ağlıyar deyir alimlər. Bir uşaq səsi gəlir evlərin birində, “öz ana dilində ağlıyan”. Sonralar bu səsi bu kəlmələr əvəz edir. “Mən həmişə fəxr etmişəm və yenə də fəxr edirəm. Mən Azərbaycanlıyam” və tarixdə özünə məxsus yeri olan, hər bir azərbaycanlı ailəsində bilinən, tanınan, dünya liderlərinin lideri olan bir insan doğulur. Heydər Əliyev.

Dünyada iz qoyanların bütün həyat hekayəsi maraqlı olur, keşməkeşli, çiləli olur. Ulu Öndər Heydər Əliyev həyatının hər səhifəsində azərbaycanlılar üçün həyatı öyrəniləcək bir şəxsə çevrilir. Uşaqlıq illəri, gənclik illəri, tələbə olan və müxtəlif vəzifə daşıyan illəri açılacaq, öyrəniləcək sirlərlə dolu olan illəridir.  Azərbaycan öz oğluna, öz liderinə qovuşur. Azərbaycanın hər qarış torpağında özünə məxsus izi olur Heydər Əliyevin. O həm vətəndaşdır, həm Rəhbərdir, həm kəndlidir, həm şəhərlidir, həm məmurdur, həm işçidir, həm həkimdir, həm müəllimdir. Milli-mənəvi dəyərlərinə düşgün olan, xalqı üçün yaşıyan, xalqı üçün çalışan. Azərbaycanlı olduğuna görə fəxr edən , mənəvi dəyərlər fonunda Qurana sahib çıxan, hər bir azərbaycanlı vətəndaşının yanında olan, gücünü bayrağın simvolu olan türkçülükdən, müasirlikdən, islamdan alan. Bu mənada Ulu Öndər “Din incə bir materyaldır. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik, din milli-mənəvi sərvətimizdir. Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk.

Milli-mənəvi dəyərlər Ulu Öndərin həyatının tərkib hissəsiydi. O çıxışlarının birində belə deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət, həqiqi xalq ola bilməz.” O xalqı, gəncləri, gəncliyi bu fikirlərə səsliyir, mənəvi dəyərlərə sahib çıxmağa çağırırdı. “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.” Bir millətin inkişafında, var olmasında gənclərin, gəncliyin danılmaz, əvəzedilməz rolu , yeri vardır. Ulu Öndər də bu amili hər zaman diqqətdə saxlamışdır və gənclərə xüsusi qayğı göstərmişdir. “Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafeylərini güdərək, İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar.”

O hamının lideri idi. Dinindən, irqindən, milliyətindən asılı olmuyaraq. Hər kəsə rəhbər idi. Bütün dünyada baş verən hadisələr, dini dözümsüzlük, məzhəb ayrıseçkiliyi və ortada olan səhnə. Fəryad göz yaşı insanların vəhşicəsinə öldürülmə səhnələri, uşaqların naləsi. İdarəçilikdə edilən səhvlərin, fərqli yanaşmaların, dözümsüzlüyün təzahürü. Və Azərbaycan modeli. Hər kəsin qibtə etdiyi, arzu etdiyi, görmək istədiyi bir ölkə. Ulu Öndər bütün bu baş verəcəkləri zamanında görmüş, və yol göstərmişdir. “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah Təalanın buyruğu, bizim yolumuzdur”

Ümummilli Liderin bu sözləri bir tərəfdən İslam dininin ümumbəşəri dəyərlərə göstərdiyi ehtiramı, digər tərəfdən isə Azərbaycan Respublikasının bu dəyərlərə olan sadiqliyini önə çəkir. Ulu Öndərin multikultural və tolerant dəyərlərə verdiyi əhəmiyyət onun varisi və davamçısı olan Prezident İlham Əliyev cənablarının dövründə də davam etdirilməkdədir və bütün dünya üçün nümunədir.

Xalqın yaddaşında, dünya tarixində izi olan, yaşadıqca yaşayan ULU ÖNDƏR.

 

Qax rayonu Əmbərçay kəndi “Cümə” məscidi

dini icmasının sədri və imamı  Davudov Nizami Ələkbər oğlu

Tel: 0(24) 25-4-82-87

Mobil: 0(50) 398-55-51

11.04.2022-ci il.

 


Geri dön