Ana Sayfa > Cəmiyyət > Dizaynerin “zarafatı” idi – “Əli və Nino” üzr istədi
Dizaynerin “zarafatı” idi – “Əli və Nino” üzr istədi4-10-2017, 17:05. Yazar: Admin |
“Əli və Nino” kitab mağazaları şəbəkəsi 5 oktyabr müəllimlər günü ilə bağlı 4-10 oktyabr tarixində kitablara endirim kampaniyası hazırlayıb. Lakin kampaniyada istifadə olunan reklam şəkli sosial şəbəkədə müzakirələrə səbəb olub.
Əksəriyyət şəklin Azərbaycan müəllimi obrazına uyğun gəlmədiyini bildirib.
Modern.az xəbər verir ki, “Əli və Nino” kitab mağazalarının sosial şəbəkədəki səhifəsinə yazılan mənfi rəylərdən sonra şəkil silinib.
"Əli və Nino" kitab mağazaları şəbəkəsi özünün Feysbuk səhifəsində üzrxahlıq məlumatı yerləşdirib:
“Aksiya haqqında qoyulan poster dizaynerin "zarafatı" idi. Buna görə hamıdan üzr istəyirik! Aksiyamız davam edir, yolunuzu gözləyirik!” Geri dön |