Ana Sayfa > Cəmiyyət > Azərbaycana yeni aviaşirkətlər xidmət göstərəcək

Azərbaycana yeni aviaşirkətlər xidmət göstərəcək


28-09-2017, 20:26. Yazar: Admin

 



Rusiyanın üç aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirmək üçün icazə alıb.

Qarabağinfo.az-ın "Rosaviasiya"ya istinadən verdiyi məlumata görə, bu barədə daşıyıcılara beynəlxalq daşımaların icrası üçün icazə verilməsi üzrə idarələrarası komissiyanın protokolunda deyilir.

Qeyd olunur ki, "İkar" aviaşirkəti Moskvanın "Jukovski" yeni hava limanından Gəncəyə dövri olaraq həftədə 7 dəfə müntəzəm reyslərin həyata keçirilməsinə lisenziya alıb.

Həmçinin "Saratov aviaxətləri" şirkətinə Azərbaycana iki istiqamətdə uçuşlara icazə verilib: həftədə 2 dəfə Saratov-Bakı və Ufa-Bakı.

"NordStar" da müvafiq icazə alıb. Şirkət həftədə bir dəfə Yekaterinburq-Bakı reysini yerinə yetirəcək.

 


Geri dön