Ana Sayfa > Manşet / Karusel / Qarabağ > Prezident: "Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq"

Prezident: "Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq"


15-01-2021, 15:08. Yazar: Admin
Prezident: "Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq"

“Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. “Xarı bülbül” festivalı bu il keçiriləcək”. Qarabaqinfoi.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə vaxtilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin olduğu yeri ziyarət edərkən deyib. 

O bildirib ki, biz artıq Şuşanın bərpasını başlayırıq: “İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.


Geri dön