Ana Sayfa > Manşet / Karusel / Gündəm > Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - YENİLƏNİB

Azərbaycan Ordusunun iki əsgəri Laçında həlak olub - YENİLƏNİB


5-08-2022, 15:43. Yazar: Admin

Müdafiə Nazirliyi

 

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Qarabaginfo.az-ın xəbərinə görə, Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq ediblər.

***

14.12

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Geri dön