Ana Sayfa > Manşet / Karusel / Gündəm > Mayda 14 gün iş olmayacaq

Mayda 14 gün iş olmayacaq


5-04-2021, 17:18. Yazar: Admin

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

 

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

 

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

 

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.

 

Şənbə və bazar günləri də nəzərə alındıqda, ümumilikdə 14 gün qeyri-iş günüdür.


Geri dön