Saytımızı qiymətləndirin


 
 

Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Tarix: 08-08-2022 | Saat: 09:54
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər