Saytımızı qiymətləndirin


 
 

“Heydər Əliyev mənə dedi ki, klub al, adını “Qarabağ” qoy”
Tarix: 17-05-2022 | Saat: 16:07
Bölmə:Manşet / Karusel / İdman | çapa göndər

“Heydər Əliyev mənə dedi ki, klub al, adını “Qarabağ” qoy”

“Heydər Əliyev 2001-ci ildə məni çağırdı və dedi ki, klub al, adını “Qarabağ” qoy. Sonra Ağdam klubunun büdcəsi ilə maraqlandım. Dedilər ki, 32 min manatdır. Bildirdim ki, bunun 10 qatını verəcəyəm”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun sahibi, “Azərsun Holding”in prezidenti Abdulbari Gözəl deyib.

O, “Qarabağ” klubunu almasından danışıb: “Mənəvi cəhətdən “Qarabağ” bizim üçün çox önəmlidir. Çox şadam ki, çempionluqlar var. Futbolçularımıza təşəkkür edirəm. Bu günləri bizə yaşadan Qurban Qurbanova, Əmrah Çəlikələ təşəkkür edirəm. Ümid edirəm ki, məsuliyyətli işimizi davam etdirəcəyik”.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər