Saytımızı qiymətləndirin


 
 

İTSDA TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə vahid tənzimləməni həyata keçirməyəcək
Tarix: 13-05-2022 | Saat: 15:43
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

İTSDA TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə vahid tənzimləməni həyata keçirməyəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni həyata keçirməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirməyəcək. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmə hüququ da alınıb.




156 dəfə oxunub.

Digər xəbərlər
23-09-2020, 13:25 Sabahın hava proqnozu