Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Azərbaycanın Ermənistana irəli sürdüyü təkliflər barədə Baş katibə məlumat verdi
Tarix: 04-04-2022 | Saat: 15:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə ona məlumat verib.

 

Qarabaginfo.az-ın xəbərinə görə, dövlət başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd edib və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğulayıb.

 

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğulayıb.



Xəbəri paylaş

214 dəfə oxunub.

Digər xəbərlər