Saytımızı qiymətləndirin


 
 

Yoluxma sürətlə artır - 14 nəfər öldü
Tarix: 15-10-2021 | Saat: 17:10
Bölmə:Manşet / Sosial / Səhiyyə | çapa göndər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 498 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 964 nəfər müalicə olunaraq sağalıb, 6 734 nəfər vəfat edib. 14 932 nəfər aktiv xəstə sayını təşkil edib.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 346, bu günə qədər isə ümumilikdə 5 000 973 test icra olunub.

 

  


Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər