Ana Sayfa > Karusel / Siyasət > Şah Mahmud Qureyşi: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”

Şah Mahmud Qureyşi: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”


13-01-2021, 19:04. Yazar: Admin

Şah Mahmud Qureyşi: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”

Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Pakistanın XİN başçısı Şah Mahmud Qureyşi bildirib.

O, Cammu və Kəşmir məsələsində nümayiş etdirdikləri mövqeyə görə Türkiyə və Azərbaycana təşəkkür edib.

 

XİN başçısı Kəşmirdə insan haqlarının pozulması barədə türkiyəli və azərbaycanlı həmkarlarını məlumatlandırdığını qeyd edib.

Şah Mahmud Qureyşi İslamabadda keçirilən üçtərəfli görüşün dövlətlər arasında olan mükəmməl olan əlaqələrin daha da inkişaf etməsinə səbəb olacağını vurğulayıb.


Geri dön