Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı onillik maksimuma çatib

Azərbaycanda qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı onillik maksimuma çatib


13-01-2021, 16:14. Yazar: Admin

 

 

 

 

ıbAzərbaycanda qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı onillik maksimuma çatıb

2020-ci ildə Azərbaycanda ÜDM-in həcmi 4,3% azalaraq 72 432,2 mln. manat, qeyri-neft ÜDM-nin həcmi isə 50 792,5 mln. manat təşkil edib.

Qarabaqinfo.az-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən il qeyri-neft ÜDM-nin iqtisadiyyatdakı payı 70,1%-ə bərabər olub, bu da son 10 ilin maksimum göstəricisidir.

Qeyd edək ki, onillik dövr ərzində bu göstəriciyə ən yaxın rəqəm 2015-ci ildə qeydə alınıb. Həmin il qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı 69,3%-ə bərabər olub.


Geri dön