Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > Azərbaycanda orta aylıq əməkhaqqı ötən ilin yanvar-noyabrında 703 manatdan çox olub
Azərbaycanda orta aylıq əməkhaqqı ötən ilin yanvar-noyabrında 703 manatdan çox olub13-01-2021, 11:27. Yazar: Admin |
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olub. Qarabaqinfo.az-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir. Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% artıb. “İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”, - açıqlamada deyilir. Xatırladaq ki, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə ölkədə 2021-ci ildə ölkədə orta aylıq əməkhaqqı 727,3 manat (real artım tempi 0,5%), 2022-ci ildə – 757,1 manat (1,2%), 2023-cü ildə – 785,9 manat (1%), 2024-cü ildə isə 816,1 manat olacağı deyilir. Geri dön |