Ana Sayfa > Karusel / Gündəm / Region / Kriminal > Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı - Fotolar

Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı - Fotolar


4-01-2021, 13:55. Yazar: Admin

 

Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı

 

Goranboyda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Goranboy rayon Düzqışlaq  kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib. RPŞ-də  ondan müvafiq sənədləri olmayan, 16 kalibirli  ov tüfəngi və 4 ədəd patron götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini, Yusif  Yusifovun da müvafiq sənədləri olmadan, “İJ” markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində  qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Faktlarla  bağlı  araşdırmalar davam edir.

 



 


Geri dön