Ana Sayfa > Karusel / Region / Kriminal > Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var

Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var


1-01-2021, 09:53. Yazar: Admin

 

Şabran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 30-da saat 21 radələrində Şabran şəhərində şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Şabran RPŞ tərəfindən araşdırma aparılır.

Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var


Geri dön