Ana Sayfa > Karusel / Problem > Baş Prokurorluq Abşerondakı həbslərlə bağlı məlumat yayıb
Baş Prokurorluq Abşerondakı həbslərlə bağlı məlumat yayıb22-06-2020, 10:36. Yazar: Admin |
Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb. Qarabaginfo.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur: "Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur".
Geri dön |