Ana Sayfa > Karusel / Region > Avropa İttifaqı Viktor Yanukoviçə sanksiya tətbiq edib

Avropa İttifaqı Viktor Yanukoviçə sanksiya tətbiq edib


5-08-2022, 09:07. Yazar: Admin

 

Avropa İttifaqı Viktor Yanukoviçə sanksiya tətbiq edib

Avropa İttifaqına üzv ölkələr Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə və onun oğlu Oleksandra sanksiya tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, Avropa Şurasının yaydığı bəyanatda onların Ukraynanın təhlükəsizliyinə təhdid yaratdığı bildirilir.

2010-2014-cü illərdə Ukraynaya rəhbərlik edən Viktor Yanukoviç “məxməri inqilabla” hakimiyyətdən uzaqlaşdırlıb. 72 yaşlı siyasətçi hazırda Rusiyada yaşayır.

49 yaşlı Oleksandr Yanukoviç qanunsuz gəlir əldə etməkdə təqsirləndirilir. Hər 2 şəxsə viza məhdudiyyəti tətbiq edilib, Avropadakı hesablarının dondurulması qərara alınıb.


Geri dön