Ana Sayfa > Karusel / Dünya > Ağ Ev: Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil

Ağ Ev: Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil


3-08-2022, 07:50. Yazar: Admin

Ağ Ev: Pelosinin Tayvana səfəri Çinlə bağlı siyasətimizə zidd deyil

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Vaşinqtonun Çinin ərazi bütövlüyünə sadiqliyinə zidd deyil.

Qarabaginfo.az RenTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O vurğulayıb ki, Vaşinqton spikerin səfərini izləyir və Pelosinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb.

“Açıq deyim: spikerin səfəri bizim çoxillik Çin siyasətimizə tamamilə uyğundur. Biz açıq şəkildə bildirdik ki, vahid Çin siyasətimizdə heç bir dəyişiklik yoxdur”, - deyə Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tayvanla bağlı vəziyyətdə status-kvonun birtərəfli dəyişməsinə qarşıdır.

Kirbi, deyib ki, biz Tayvanın müstəqilliyini dəstəkləmədiyimizi bildirdik. Tayvan boğazının hər iki tərəfindəki fikir ayrılıqlarının sülh yolu ilə həllini gözləyirik deyə o vurğulayıb.


Geri dön