Ana Sayfa > Karusel / İdman > PFL-in yeni prezidenti kimdir? - DOSYE

PFL-in yeni prezidenti kimdir? - DOSYE


29-07-2022, 15:06. Yazar: Admin

PFL-in yeni prezidenti kimdir? - DOSYE

Peşəkar Futbol Liqası qurumun yeni prezidenti Elxan Səmədovun tərcümeyi-halını açıqlayıb. 

Qarabaginfo.az PFL-in saytına istinadən xəbər verir ki, 1974-cü il yanvarın 14-də Bakıda anadan olan Səmədov 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. Səmədov 1995-1999-cu illərdə həmin universitetdə aspirantura təhsili alıb.

2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da oxuyan PFL-in yeni rəhbəri 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. O, 2007-ci ildə Vaşinqton şəhərində “Georgetown University” “International Law Institute”da təhsil alıb.

Elxan Səmədov 1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib.

1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri işləyən Səmədov 2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində çalışıb.

2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyən Səmədov 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.

2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışan Elxan Səmədov UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir.

Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.

Azərbaycan, rus, ingilis və türk dillərini bilən Elxan Səmədov evlidir, bir övladı var. 


Geri dön