Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda onlayn növbə götürən 631 mindən çox adama "Pfizer" vurulub

Azərbaycanda onlayn növbə götürən 631 mindən çox adama "Pfizer" vurulub


29-07-2022, 11:56. Yazar: Admin

Azərbaycanda onlayn növbə götürən 631 mindən çox adama "Pfizer" vurulub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu ilin altı ayı üzrə elektron xidmətlərdən istifadəyə dair statistikanı açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, yanvar-iyun ayları ərzində COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı 712 861 nəfər təşkil edib.

Onlardan 80 047 nəfəri “Coronovac”, nəfəri 631 716 “Biontech/Pfizer” vurdurub. Yanvar-iyun ayları ərzində “Sputnik V” vaksini vurduranların sayı isə 1098 nəfər olub.


Geri dön