Ana Sayfa > Karusel / Multimedia > Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


20-07-2022, 09:02. Yazar: Admin

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. 

Səbail rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.


Geri dön