Türkiyədə meymun çiçəyi xəstəliyinə ilk yoluxma faktı aşkar edilib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat verib. 

"Xəstələrimizdən birinə meymun çiçəyi diaqnozu qoyuldu. Xəstənin 37 yaşı var, immun çatışmazlığı var. O, təcrid olunub. Əlaqə qurulub, başqa insident qeydə alınmayıb. Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasda olur", - nazir bildirib.