Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb

Türkiyədə meşə yanğınını törədən şəxs saxlanılıb


23-06-2022, 23:39. Yazar: Admin

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qarabaginfo.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

34 yaşlı şübhəli törətdiyi əməli etiraf edib.

O, keçmişdə həmin rayonla bağlı yaranmış ticarət mübahisəsi ucbatından əsəbiləşib və hətta ailəsində yaranan problem səbəbindən özünü öldürmək istədiyini də bildirib.

Bundan başqa, hadisə yerində iki benzin bidonu da tapılıb.


Geri dön