Ana Sayfa > Karusel / Cəmiyyət > DİQQƏT: Bakının bu əraziləri susuz qaldı

DİQQƏT: Bakının bu əraziləri susuz qaldı


23-06-2022, 16:03. Yazar: Admin
DİQQƏT: Bakının bu əraziləri susuz qaldı

Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə Qarabaginfo.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, buna magistral su xəttində baş vermiş qəza səbəb olub.

"Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda qeyd olunub


Geri dön