Ana Sayfa > Karusel / Gündəm > Avstraliyadan Ukraynaya 14 zirehli transportyorun ilk partiyası yola salınıb

Avstraliyadan Ukraynaya 14 zirehli transportyorun ilk partiyası yola salınıb


23-06-2022, 15:50. Yazar: Admin

Avstraliyadan Ukraynaya 14 zirehli transportyorun ilk partiyası yola salınıb

Avstraliyanın Ukraynaya bağışladığı 14 ədəd M113AS4 zirehli transportyorunun ilk partiyası artıq yola salınıb.

Bu barədə Avstraliyanın Kiyevdəki səfiri bildirib.

O, ilk partiyanın ötən həftə ölkəsindən yola salındığını qeyd edib. Avstraliyanın Ukraynaya hərbi yardımın ümumi dəyərinin 196 milyon ABŞ dolları təşkil etdiyi bildirilib.

Yardım paketinə zirehli nəqliyyat vasitələri ilə yanaşı M777 haubitsaları, zirehdəlici silahlar, sursat, PUA-lar və müxtəlif növ piyada ləvazimatları daxildir.


Geri dön