Ana Sayfa > Karusel / Siyasət > Lavrov İranın Şanxay Əməkdaşlıq Təşkilatına tezliklə üzv olacağını deyib

Lavrov İranın Şanxay Əməkdaşlıq Təşkilatına tezliklə üzv olacağını deyib


23-06-2022, 14:29. Yazar: Admin

Lavrov İranın Şanxay Əməkdaşlıq Təşkilatına tezliklə üzv olacağını deyib

İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olması prosesi çox çəkməyəcək, Rusiya bu qərarı alqışlayır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Abdullahiyanla Tehranda danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bu ilin sentyabrında Səmərqənddə ŞƏT-in növbəti sammitində memorandum imzalanacaq, orada bu prosesin (İranın ŞƏT-ə daxil olması – red.) hüquqi və vaxt çərçivəsi aydın şəkildə göstəriləcək. Bu, proses çox uzun sürməməlidir”,- deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya ötən il İranın ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olması üçün başlatdığı rəsmi prosesi alqışlayır: "Biz əminik ki, Tehran formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas mərkəzlərindən biri kimi Şanxay Əməkdaşlıq Təşkilatının möhkəmlənməsinə mühüm töhfə verəcək".


Geri dön