Ana Sayfa > Karusel / Dünya > Türkiyənin 2 hərbçisi şəhid oldu

Türkiyənin 2 hərbçisi şəhid oldu


23-06-2022, 11:13. Yazar: Admin

Türkiyənin 2 hərbçisi şəhid oldu

 


Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18” əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar.

Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.


Geri dön