Ana Sayfa > Karusel / Dünya > Prezidentin sözçüsü Azər Qasımov Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı - Video

Prezidentin sözçüsü Azər Qasımov Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı - Video


22-06-2022, 17:40. Yazar: Admin

İlham Əliyevin sözçüsü Özbəkistanda 35 il sonra əsgər yoldaşı ilə qarşılaşdı

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Özbəkistanda uzun illər sonra öz əsgərlik yoldaşı Uluqbek Matniyozov ilə qarşılaşıb.

Qarabaginfo.az xəbər verir ki, görüşün videogörüntüləri feysbukda “Özbekistanhaber” hesabında paylaşılıb.

Məlumata görə, əsgər yoldaşları 35 ildən sonra Xivə bölgəsində yenidən qarşılaşıblar. Görüntülərdən Azər Qasımov və Uluqbek Matniyozovun çox səmimi şəkildə görüşdüyünü görmək mümkündür.

Onlar bir-biriləri ilə öz xatirələrini, hazırkı fəaliyyətləri barədə məlumatları bölüşüblər.


Geri dön