Ana Sayfa > Karusel / Hadisə > Mobil telefon cihazları bazarında yoxlamalarla bağlı 3 şirkət haqda iş qaldırılıb

Mobil telefon cihazları bazarında yoxlamalarla bağlı 3 şirkət haqda iş qaldırılıb


21-06-2022, 20:37. Yazar: Admin

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə daha bir yoxlama keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu dəfə Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.(AFN.az)

 

 


Geri dön